Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-01 15:24:43
AzMİU-da müsabiqə təşkil olunub

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının “E-Sport” klubun "E-Football" adlı müsabiqəsi təşkil olunub. 

 

AzEdu.az xəbər verir ki, müsabiqədə müxtəlif fakültələrdən 60-a yaxın tələbə iştirak edib. Tələbələr burada rəqabət bacarıqlarını inkişaf elətdirməklə yanaşı, “E-Sport” sahəsində diskussiya aparıblar.

 

Müsabiqənin sonunda qalib tələbələr mükafatlandırılıb.

 

Qeyd edək ki, kompüter və ya elektron idman da adlandırılan “E-Sport” videoyunlar əsasında təşkil olunan fərdi, komanda oyunudur.

 

Bəzi ölkələrdə idman növü də sayılır. 2011-ci ildə qurulan Azərbaycan elektron idman növləri federasiyasının məqsədi elektron idman növünü əhatə edən fəaliyyət istiqamətlərinə daha çox iştirakçıların cəlb olunması, elektron idman növünün insanların intellektual, fiziki va psixoloji inkişafına şərait yaradan fəaliyyat növü kimi məşhurlaşması, elektron idman sahəsində mütəxəssislərinin hazırlanması, elektron idman infrastrukturunun genişləndirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi olub.