Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-01 14:25:49
Əfqanıstanda köhnə mina partlayıb, 9 uşaq ölüb

Əfqanıstanın şərqində uşaqlar tərəfindən tapılan köhnə minanın partlaması nəticəsində 9 uşaq həlak olub.



AzEdu.az “Dawn”a istinadən xəbər verir ki, Talibanın Qəzni vilayətindəki informasiya və mədəniyyət departamentinin direktoru Həmidullah Nisar bildirib ki, uşaqların Gero rayonundakı kənd yaxınlığında tapdıqları mina bir neçə on il əvvələ aiddir.



Onun sözlərinə görə, bazar günü baş verən partlayışda 5-10 yaşlarında beş oğlan və dörd qız həlak olub.