Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-01 10:51:00
Kollec təhsili tələbələrə nə vəd edir? - QAYDALAR

Orta ixtisas təhsili (Kollec) ümumi orta təhsil (9 illik) və tam orta (11 illik) təhsil bazasında müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.

 

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib.

 

Agentlikdən bildirilib ki, orta ixtisas təhsili subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatır.

 

9 illik bazadan orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar.

 

Orta ixtisas təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

 

Qeyd edək ki, orta ixtisas təhsilini başa vuran  məzunların-subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında nəzərə alınır.