Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-15 12:14:49
Kolleclərə imtahan tarixləri ELAN EDİLİB 

2024-cü il üzrə orta ixtisas təhsili müəssisələrinə (Kollec) qəbul imtahanlarının vaxtı açıqlanıb.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib. 

 

Bildirilib ki, əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 1-15 mart; 

 

Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik) 27 mart- 15 aprel;

 

Əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik),  Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik) 14 aprel;

 

Əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (9 illik), Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (9 illik) 5 may;

 

Cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili imtahanı (dövlət dili kimi) – I cəhd 12 may;

 

Cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili imtahanı (dövlət dili kimi) – II cəhd 30 iyun tarixində keçiriləcək.