Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-31 09:17:43
Dördüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat başa çatır  

Dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi bu gün başa çatır.

 

Müsabiqənin İşçi Qrupundan AzEdu.az-a bildirilib ki, qeydiyyat prosesi martın 31-i saat 18:00-dək davam edəcək. Martın 1-dən etibarən başlanmış qeydiyyat yukselish.az saytı vasitəsilə həyata keçirilir.

 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

 

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.

 

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.