Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-08 09:20:22
Selcuk Universitetinin nümayəndə heyəti UNEC-ə səfər ediblər

Türkiyənin Selcuk Universitetinin nümayəndə heyəti UNEC-ə səfər çərçivəsində texniki-texnoloji tədris binasında yerləşən laboratoriyalarla yaxından tanış olublar.

 

AzEdu.az xəbər verir ki, Kompozit materiallar elmi-tədqiqat laboratoriyası, Nobel mükafatı laureatı Əziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası qonaqlarda xüsusi maraq doğurub.

 

Selcuk Universitetinin professoru Mustafa Ersöz Mühəndislik fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, nanokimya, nanotexnologiyalar, menbran texnologiyaları, elektrokimya kimi çoxyönlü istiqamətlərdəki məhsuldar elmi fəaliyyəti haqqında geniş məlumat verib.

 

Qonaq elmi fikirlərin məhsula çevrilməsində birgə elmi layihələrin praktik önəmindən, bu sahədə Avropa Birliyinin müxtəlif proqramları çərçivəsində zəngin təcrübəsindən danışıb.

 

Müzakirələrdə həmçinin UNEC Kompozit materiallar elmi-tədqiqat Mərkəzi ilə gələcək elmi əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilib.