Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-07 13:23:22
AzMİU-nun tələbəsi “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2 tələbəsi Vale-Tudo İdman Klubu İctimai Birliyinin təşkil etdiyi “Dəmir Yumruq Pro 6” açıq turnirində birincilik əldə ediblər. 

 

AzEdu.az xəbər verir ki, sözügedən turnirdə tələbələrimiz Fəqani Bayramlı grappling idman növü üzrə 80 kq, Tuqay İsmayılbəyli isə MMA idman növü üzrə 54 kq çəki dərəcələrində mübarizə aparıb. Hər iki tələbəmiz açıq turniri birinciliklə tamamlayıb. 

 

Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili turnirdə qalib gələn tələbələrlə görüşüb, onları qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edib. O qeyd edib ki, tələbələr arasında idman növlərinə marağı artırmaq və sağlam həyat tərzini təşviq etmək istiqamətində universitet hər il müntəzəm işlər aparır. İdmançı tələbələrimiz universitet rəhbərliyi tərəfindən daim dəstəklənir, İdman Klubunda peşəkar mühit yaradılır. 

 

İdmançı tələbələrimiz onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edib, bundan sonra da qazandıqları nailiyyətlərlə hər kəsi sevindirəcəklərini söyləyiblər.  

 

Tələbəmiz Fəqani Bayramlı, həmçinin 27-28 aprel tarixlərində Bakı şəhərində Aprel şəhidlərinə həsr olunmuş professional respublika turnirində MMA (qaydasız döyüş) idman növü üzrə I yer tutub.  

 

80 kq çəkidə rinqə çıxan Fəqani Bayramlı rəqibini nokaut zərbəsi ilə məğlub edib. Çempionluğun bir addımlığında dayanan idmançı tələbəmiz döyüşün I raundunda qələbə qazanıb.

 

Qeyd edək ki, Fəqani Bayramlı bundan əvvəl də bir sıra yerli və beynəlxalq yarışlarda iştirak edib, medallar qazanıb.