Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 12:30:00
Məktəblərdə bu qədər şagird  şiddətlə üzləşir - Statistika

BMT-nin  uşaqlara yardım fondu UNİCEF dünya şagirdlərinə aid hesabatı açıqlayıb. Nyu Yorkda açıqlanan hesabata görə, dünya ölkələrində 150 milyon şagird məktəbdə şiddətlə üzləşir. Məlum olub ki, sonuncu il 13-15 yaşlarında hər iki gəncdən biri məktəbdə ya hücauma məruz qalıb, ya da  hansısa davanın iştirakçılarından birinə çevrilərək zədə alıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə UNİCEF-in direktoru Henrietta Fore hesabatdakı çıxışında deyib. O bildirib ki, bu durum həm zəngin, həm də yoxsul ölkələrin şagirdləri arasında müşahidə edilir. Təhsili “sülhün açarı” adlandıran Fore məktəbin şagirdlər üçün heç də güvənli yer olmadığını təəssüflə vurğulayıb.

O, məktəblilərin hər gün silahlı hücum, təcavüz, şiddətlə üz-üzə qaldığını xatırladaraq, bunun onları təhsildən geri saldığını deyib. Onun sözlərinə görə, bu hal təkrarlansa, şagirdlərin intiharına da səbəb ola bilər.

H.Fore qeyd edib ki, dünyada şagirdlərin üçdə biri psixoloji aşağılanma, təhqir, şiddətlə üzləşir. Hesabata görə, 39 ölkədə yaşayan hər 10  məktəblidən 3-ü məktəb yoldaşına şiddət göstərə biləcək durumdadır.

Hesabatda qeyd edilib ki, məktəblərdə döyməklə cəzalandırmanın tamamilə qadağan olunduğu ölkələrdə bununla üzləşən şagirdlərin sayı 720 milyona çatıb. Oğlan uşaqları məktəbdə fiziki şiddətə məruz qalsa da, qızlar əsasən psixoloji şiddətin qurbanı olurlar.

UNİCEF orta məktəblərdə xeyli şagirdin bıçaqlanaraq həyatını itirdiyini bildirib. Məktəblərin daha çox ümumi hücumlar zamanı hədəf alındığı qeyd olunub. Keçən il Konqoda 400, Suriyada 67, cənubi Sudanda 26, Yəməndə isə məktəblərə 20 hücum qeydə alınıb.

Bütün problemləri qeyd edən UNİCEF sonda çıxış yolunu məktəblərin təhlükəsizliyi üçün yatırım etməkdə görüb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları