Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-23 11:02:00
  London Kral Kollecində Novruz bayramı keçirilib

 

Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə London Kral Kollecində (King's College London) Novruz bayramı qeyd olunub.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzEdu.az-a bildiriblər ki, tədbirdə bu ölkədə təhsil alan azərbaycanlı gənclərlə yanaşı, Çin, Qazaxıstan, Rusiya, Tayvan, Hindistan və İndoneziyadan olan tələbələr də iştirak ediblər.

Tədbir Azərbaycan haqqında qısa videoçarxın nümayişi ilə başlayıb. Sonra iştirakçılara Novruz bayramının tarixi, milli adət-ənənələrimiz barədə məlumat verilib.

 

Tələbələr birlikdə yumurta boyadıqdan sonra Novruz ənənələrinə uyğun olaraq yumurta döyüşüblər. Həmçinin Birlik, həmrəylik və mübarizlik rəmzi olan “Yallı” oynanılıb.

Sonda qonaqlar üçün Novruz şirniyyatları - şəkərbura, paxlava və digər təamlar ilə bəzədilmiş bayram süfrəsi açılıb.