Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-23 13:09:00
  Neft-Kimya Prosesləri İnstitutunun yeni kitabı çap olunub

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları – kimya elmləri doktoru, professor Eldar Məmmədbəyli və aparıcı elmi işçi Vəfa Babayevanın yazdıqları “Tərkibində norbornen saxlayan imidazolinlər” adlı kitab “Elm” nəşriyyatında çapdan çıxıb.

 

İnstitutdan AzEdu.az-a bildiriblər ki, monoqrafiyada imidazolin və onun törəmələrinin əsas sintez üsulları, sənaye və məişətin müxtəlif sahələrində tətbiq sahələrinin araşdırılması istiqamətində aparılan elmi tədqiqat işlərinin nəticələri öz əksini tapıb. Tərkibində norbornen saxlayan amid, imidazolin və komplekslərinin sintezi, xassələrinin öyrənilməsi sahəsində monoqrafiya müəlliflərinin tədqiqatlarının nəticələri təqdim olunub. Onların əsas tətbiq sahələri göstərilib. Yeni nəsil imidazolinlərin alınma reaksiyasının gedişinə təsir edən amillər öyrənilib.

 

Monoqrafiya neft-kimya sintezi sahəsində çalışan geniş spektrli elmi mütəxəssislər, o cümlədən bakalavrlar, magistrlər, dissertantlar və doktorantlar üçün nəzərdə tutulub.