Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-18 16:34:00
"İlin gənc müəllimi-2023" müsabiqəsində ilk YÜZLÜK AÇIQLANDI

Müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2023" müsabiqəsində “TOP-100-lük” müəyyən edildi.

 

AzEdu.az xəbər verir ki, müsabiqə AzEdu.az Təhsil Portalının təşkilatçılığı ilə keçirilir.

 

Müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

 

Layihənin icrası hər il olduğu kimi, 3 mərhələdə həyata keçirilir: Birinci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan forumu doldurub, özləri haqda ətraflı məlumat qeyd edib, formda tələb olunan bütün bəndləri cavablandırıblar.

 

İkinci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilən ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər.

 

Bu mərhələdə ilk növbədə 100, daha sonra isə 50 müəllim seçiləcək və ictimaiyyətə elan olunacaq. Onlar arasından isə yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək.  

 

Beləliklə, münsiflər tərəfindən 500-ə yaxın müraciət içərisindən seçilən ən yaxşı 100 müəllimi təqdim edirik:

 

  1. Qönçə Ələkbərova – Bakı şəhəri, Nəsimi rayonu 111 saylı tam orta məktəb;
  2. Nəriman Məmməzadə - Cəlilabad rayon Xanagah kənd tam orta məktəb;
  3. Könül Nəzərova - Ağsu rayon Sarvan kənd ümumi orta məktəb;
  4. Afərim Tağıyeva - Gəncə şəhər 3 nömrəli məktəb;
  5. İlahə Hüseynova - Qax rayonu Qaratala kənd tam orta məktəb;
  6. Rəşad Hümbətov- Kəlbəcər rayon 28 saylı tam orta məktəb;
  7. Vüsal Ramizov - Cəbrayıl rayon Tatar kənd tam orta məktəb;
  8. Reyhanə İsgəndərova - Xocalı rayon Yaloba kənd tam orta məktəb;
  9. Fatimə Hüseynova - Ağsu rayon Ərəbmehdibəy kənd tam orta məktəb;
  10. Gülnar İbrahimli – Bakı şəhəri, Xətai rayon 17 nömrəli tam orta məktəb;
  11. Toğrul Şıxıyev - Şamaxı şəhər 10 saylı tam orta məktəb;
  12. Fatimə Bayramova - Füzuli rayonu 45 nömrəli tam orta məktəb;
  13. Günel Hüseynova - İmişli Rayon Oruclu kənd tam orta məktəb;
  14. Leyla Abasova - Şirvan şəhər B.Aslanova adına 16 nömrəli tam orta məktəb;
  15. Şahmar Sədyarzadə - Bakı şəhəri, A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-lisey;
  16. Sevlanə Xalıqova - Ağsu rayon Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəb;
  17. Gülağa Rəhmətov - Lerik rayonu Anbu kənd tam orta məktəb;
  18. Elmira Ağayeva - Bakı şəhəri, Xətai rayonu 17 nömrəli tam orta məktəb;
  19. Aygün Muradzade - Zərdab şəhəri H.Zərdabi adına 1 saylı məktəb lisey;
  20. Növrəstə Abuşova - Saatlı rayon Rasim Səfərov adına Qara Nuru kənd tam orta məktəb;
  21. Tural Mehtiyev - Cəlilabad rayon S.Əsədov adına Əliqasımlı kənd tam orta məktəb;
  22. Nərmin Əlimirzəyeva - Qusar rayon Girik kənd tam orta məktəb;
  23. Nəcmə Sultanova - Bakı şəhəri Binəqədi rayonu 217 nömrəli tam orta məktəb;
  24. Dünya Veysəlova – Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəb;
  25. Rüfanə Rzayeva - Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəb;
  26. Lalə Məmmədova - Yevlax rayon M.Kərimov adına Tanrıqulular kənd tam orta məktəb;
  27. Firuzə Mirzəyeva – Astara rayonu Ş.Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəb;
  28. Nurlan Rüstəmzadə - Ağcabədi rayon A.Sultanov adına Kürdlər kənd tam orta məktəb;
  29. Fərid Mehdiyev - Ağdam rayon 114 nömrəli ümumi orta məktəb;
  30. Aysel Quliyeva - Şamaxı rayonu Göylər kənd 2 nömrəli tam orta məktəb;
  31. Dursun Ömərova - Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəb;
  32. Gülçöhrə Xəlilova - Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəb;
  33. Gülnarə Məmmədova - Beyləqan rayon Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəb;
  34. Aygün Aslanova - İmişli rayon Bəhrəmtəpə qəsəbə Rəhim Alışov adına tam orta məktəb;
  35. Ceyhun Abbasov - Salyan rayon N.Xəlilov adına Qarabağlı-1 kənd tam orta məktəb;
  36. Aygün İsmayılova - Şamaxı Avropa liseyi;
  37. Ülviyyə Rüstəmova - Bakı şəhəri, Suraxanı rayonu 318 nömrəli tam orta məktəb;
  38. Gülnar Heydərova - Laçın rayon M. Səfərov adına Qozlu kənd tam orta məktəb;
  39. Aynur Ələkbərli - Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəb;
  40. Pərvanə Qarayeva - Yevlax şəhər 5 saylı tam orta məktəb;
  41. Nəcibə Zeynalova - Qusar şəhər Cibir kənd tam orta məktəb;
  42. Səbinə Həsənova - Oğuz rayon Nüsrət Süleymanov adına Zərrab kənd tam orta məktəb;
  43. Gülşən Həsənova - Culfa rayon Yaycı kənd 1 saylı tam orta məktəb;
  44. Elvin Musayev - Quba rayonu Qrızdəhnə kənd ümumi orta məktəb;
  45. Lətafət Səfərli - İsmayıllı rayonu Zərnava kənd tam orta məktəb;
  46. Günel Əbdülhəsənova – Bakı Evrika liseyi;
  47. Nazilə Əhmədli - Neftçala şəhər E.Hebibov adına 4 saylı orta məktəb;
  48. Leyli Fərhadova - Qusar rayonu Dair Şahbazov adına Hil sirt kənd ümumi orta məktəb;
  49. Günel Məmmədova – Bakı şəhəri, Nizami rayonu şəhid Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəb;
  50. Aytən Heydərova – Bakı şəhəri 287 nömrəli Zəkalar liseyi;
  51. Elvira Allahverdiyeva - Sabirabad şəhər N.Nərimanov adına 2 saylı beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb-lisey;
  52. Elnur İsmayılov - Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta məktəb;
  53. Elgün Əfəndiyev -Ağsu rayon Sübhan Şükürov adına Kalva kənd tam orta məktəb;
  54. Aişə Tahirli - Ağdaş rayon Pirəzə kənd M. Əliyev adına tam orta məktəb;
  55. Nərmin Səmədov- Bakı şəhəri, Xətai rayonu 171 saylı tam orta mekteb;
  56. Nərmin Məmmədova - Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziya;
  57. Könül Tağızadə - Abşeron rayon Mehdiabad 5 nömrəli tam orta məktəb;
  58. Rəqsanə Haqverdiyeva – Bakı şəhəri, Binəqədi rayonu E.Sultanov adına 217 nömrəli tam orta məktəb;
  59. Aysel Nemətova - Quba rayonu Yenikənd kənd Şəhid Mehman Ağayev adına tam orta məktəb;
  60. Məcid Musayev - İsmayıllı rayon İstisu kənd tam orta məktəb;
  61. Zamir Dadaşov - Bakı şəhəri E.Sultanova adına 217 saylı tam orta məktəb;
  62. Elşən Rəsulov - Neftçala rayonu Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəb;
  63. Fidan Behbudlu - İmişli rayonu Muradxanlı kənd S.Qarayev adına ümumi orta məktəb;
  64. Türkan Şuraqızı – Abşeron rayonu Ə.S. İbrahimov adına Qobu 2 nömrəli tam orta məktəb;
  65. Sərvinaz Əhədova - Ağsu rayonu Navahi kənd ibtidai məktəb;
  66. Aysel Məmmədova – Bakı şəhəri V. Əvəzov adına 300 nömrəli tam orta məktəb;
  67. Ülvi Orucov - Şabran rayon E.Mütəllimov adına Ağalıq Kənd tam orta məktəb;
  68. Gülər Qulamova - Sumqayıt şəhər 38 nömrəli tam orta məktəb;
  69. Lalə Əfəndizadə - Ağdaş rayon M. Şeyxzadə adına THT təmayüllü Gimnaziya;
  70. Tuqay Rzazadə - Bakı şəhəri, Binəqədi rayon 298 nömrəli tam orta məktəb;
  71. İman İbrahimov - Lənkəran rayon Viyən kənd tam orta məktəb;
  72. Səbinə Əsədova - Laçın rayonu P.Məmmədov adına 46 nömrəli tam orta məktəb;
  73. Əfşan Fərəcli - Ağdam rayon 71 nömrəli tam orta məktəb;
  74. Məhərrəm Əliyev - Lerik rayonu Zəfər Səfərov adına Blaband kənd tam orta məktəb;
  75. Lamiyə Şəmilzadə - Tovuz rayon Əyyublu kənd R.Alıyev adına tam orta məktəb;
  76. Bəyazid İsazadə - Bakı şəhəri Xətai rayonu İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb;
  77. Aygün Əlizadə - Laçın rayon Polad Bəylərov adına Alxaslı kənd tam orta məktəb;
  78. Rəşadət Abdulov – İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-lisey;
  79. Afaq Həmidbəyli - Ordubad rayon Nüsnüs kənd tam orta məktəb;
  80. Aysel Babayeva – Bakı şəhəri, “Zəngi” liseyi;
  81. Reyhan Qurbanova - Bakı şəhəri 314 nömrəli tam orta məktəb;
  82. Xəzri Muradov – İsmayıllı rayonu Zaman Qarayev adına Qalınçaq kənd tam orta məktəb;
  83. Jalə İsrafilli - Göyçay Şəhər R.Rza adına 1 nömrəli tam orta məktəb;
  84. Könül Müseyibova – Tovuz Rayon M. Əliyev adina Əsrik Cirdaxan kənd tam orta məktəb;
  85. Aytən Seyidova - Ucar rayon Qaracallı kənd 2 nömrəli tam orta məktəb;
  86. Nuridə Əliyeva - Ucar rayon Yuxarı Şilyan kənd ümumi orta məktəb;
  87. Səkinə Zamanova - Şəmkir rayon Yuxarı Caykənd tam orta məktəb;
  88. Leyla Rzayeva - Göygöl rayon Köşkü kənd tam orta məktəb;
  89. Xədicə Mehdizadə - Bakı şəhəri Xətai rayon, Ə.Əliyev adına 204 nömrəli tam orta məktəb;
  90. Aytac Tapdıqova - Şamaxı rayon E. Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəb;
  91. Əsmər Mürsəlli - İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəb;
  92. Rəna Allahverdiyeva - Ucar rayonu Qazıqumlaq kənd Heydər Əliyev adına 2 nömrəli tam orta məktəb;
  1. Əsmər Abasova – Abşeron rayonu, Xırdalan şəhər 10 nömrəli tam orta məktəb;
  2. Aynur Əliyeva - Göyçay şəhər M.Füzuli adına 6 N-li tam orta məktəb;
  3. Aytəkin Bayramova - Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb;
  4. Gülnisə Əliyeva - Ucar rayon S.Salmanov adına Bağman kənd tam orta məktəb;
  5. Nigar Şükürova - Bərdə şəhər, Milli Qəhrəman E.Kərimov adına 4 nömrəli tam orta məktəb;
  6. Şəfa Həsənova - Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəb;
  7. Natiq Məhəmmədli - Şəmkir şəhər Morul tam orta məktəb;
  8. Təranə Nuriyeva - Bakı şəhəri Nəsimi rayonu Y. Mirzəyev adına 44 nömrəli tam orta məktəb

 

Qeyd edək ki, siyahıda olan 100 müəllim içərisindən ilk onluq seçiləcək. İlk onluq yalnız onlayn səsvermə yolu ilə deyil, həm də yüksək nüfuza malik elm və təhsil xadimlərindən ibarət komissiya üzvlərinin dəyərləndirməsi əsasında müəyyən ediləcək.

 

Eyni zamanda ilk onluğa vəsiqə qazanan müəllimlərin göndərdikləri video materiallar səsvermədə nəzərə alınacaq. TOP-10-dakı səsvermədə 20 bal onlayn səsvermənin nəticələrinə görə, 80 bal isə təhsil xadimlərinin qiymətləndirilməsinə görə veriləcək.