Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 14:56:00
AzTU əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “IDTECH Academy” MMC və “AVICOM” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

AzEdu.az xəbər verir ki, sənədi AzTU-nun rektoru Vilayət Vəliyev, “IDTECH Academy ” MMC-nin direktoru Samir Nuriyev və “AVICOM” MMC-nin direktoru Rəşad Nəsirov imzalayıblar.

 

Memoranduma əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrinin şirkətdə təcrübə keçməsi, onların məşğulluğuna dəstək göstərilməsi nəzərdə tutulub.

 

Tərəflər həmçinin innovativ layihələrin hazırlanması istiqamətində də əməkdaşlıq edəcəklər.