Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 10:54:16
Bu bölgələrdə ilk dəfə buraxılış imtahanları keçiriləcək

Martın 10-da növbəti buraxılış imtahanı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçiriləcək. DİM ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2 nömrəli tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1 nömrəli məktəbdə buraxılış imtahanı keçirəcək.

 

Qeyd edək ki, martın 10-da respublikanın 33 şəhər və rayonunda təşkil olunacaq imtahanda 53 min 102 şagirdin iştirakı nəzərdə tutulur.