Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-07 09:38:49
Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Bilişim Vadisinin baş icraçı direktoru Erkam Tüzgenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, görüşdə AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”ya üzv olan rezident şirkətlər, burada görülən işlər, startap yarışmaları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.