Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 16:03:50
Bu qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib

Dəyişikliyə əsasən, doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada təhsil alan iddiaçılar üçün xarici dil imtahanı 9 iyun tarixində keçiriləcək. Buna müvafiq olaraq, əcnəbilər üçün Azərbaycan dili imtahanı 10 iyun, danışıq bloku imtahanı isə 11-14 iyun tarixlərində təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdi 23 iyunda keçiriləcək.

 

2024-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tam şəkildə buradan tanış olmaq mümkündür. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahan və tədbirlərin qrafikində hər hansı dəyişiklik olarsa, bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat təqdim olunur.