Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 14:41:53
Sertifikasiya: Bu il əmək haqqı bölgüsündə yenilik olacaq? - RƏSMİ

Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 51 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşları 35%, keçid balını toplayan digər təhsilverənlərə isə 10% aylıq əlavələr edilir.

 

Sertfikasiyaya cəlb olunan müəllimlərin əmək haqqı bölgüsü təhsilverənlər tərəfindən narazılığa səbəb olub. Belə ki, onlar bu bölgünü ədalətsiz olduğunu deyirlər. Həmçinin sertifikasiyadan keçən müəllimlərin əmək haqqı bölgüsü ilə bağlı müxtəlif təkliflər Milli Məclisdə də müzakirə olunub.

 

Maraqlıdır, bu il əmək haqqı bölgüsü ilə bağlı yeni qərar qəbul edilə bilərmi?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən sorğunuza cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyinin fəaliyyət istiqamətinə uyğun olaraq “Müəllimlərin sertifikasiya”sının əsas məqsədi müəllimlərin peşəkarlığının təkmilləşdirilməsi, mövcud təlim ehtiyaclarının müəyyənləşdirilməsi, ümumtəhsil müəssisələrində dövrün tələbinə uyğun olaraq təhsilin keyfiyyətinin artırılmasıdır:

 

“Sertifikasiyaya uyğun olaraq differensial əməkhaqqının tətbiq edilməsi müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Qaydalarda dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək. Bununla bağlı hələ ki, heç bir yenilik yoxdur”, - deyə agentlikdən qeyd olunub.