Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-10 15:32:30
Naxçıvanda "Yaşıl Məktəb” layihəsi həyata keçiriləcək  

Naxçıvanda ilk dəfə olaraq “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl Məktəb” layihəsi həyata keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan yaşıl məktəb layihəsi həyata keçiriləcək.

 

Yaşıl məktəb layihəsinə 2024-cü ilin fevral ayının 15-dən start veriləcək və dekabr ayının sonuna qədər olan dövrü əhatə edəcək.

 

Layihə çərçivəsində muxtar respublikanın ümumtəhsil müəssisələrinin ərazilərində reylefə uyğun 10000 meyvə və dekorativ ağaclarının əkilməsi nəzərdə tutulur. 

 

Ağacəkmə aksiyaları könüllü olaraq tədris müəssisələrinin kollektivlərinin, valideynlərin, həmçinin könüllülərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək. 

 

Qeyd edək ki, “Yaşıl məktəb” layihəsinin məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.