Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-06 09:43:01
LDU Elmi şurasında payız imtahan sessiyasının nəticələri müzakirə edilib

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurası 2024-cü ildə ilk iclasını keçirib. İclası Elmi şuranın sədri, LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb və şura üzvlərini gündəliklə tanış edərək imtahan sessiyasının gedişi ilə bağlı fikir və mülahizələrini bildirib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” olub. Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor  vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib. Z. Məmmədov bildirib ki, imtahanlar əyani təhsilalma forması üzrə bаkаlаvriat və magistratura səviyyələrinin tədris qrupları üçün 07.01.2023-cü il tarixindən 01.02.2023-cü il tarixinədək, qiyabi təhsilalma forması üzrə bаkаlаvriat səviyyələrinin tədris qrupları üçün 08.01.2023-cü il tarixindən 13.01.2023-cü il tarixinədək keçirilmişdir. Bütün fаkültələr üzrə imtаhаnlаr 2 növbəli olmaqla təşkil edilib və imtahan vaxtlarının seçimində  texniki cəhətdən çətinlik çəkən tələbələrə  e-universitet tərəfindən köməklik göstərilib. Tələbələrin təkrar imtahanda iştirak tarixi 6 və 8 fevral tarixinə planlaşdırılıb və hal-hazırda tələbələr seçimlərdə iştirak edir. İmtahan sessiyası ərəfəsində tələbələrin imtahanla bağlı müraciətlərinin təkrar qiymətləndirilməsi məqsədiylə bütün tədris binalarında yaradılan  Apellyasiya komissiyaları  fəaliyyətini davam etdirir.

 

“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” barədə məlumatı kollecin direktoru Leyla İbrahimova təqdim edərək bildirib ki, imtahan sessiyası əyani təhsilalma forması üzrə 07 yanvardan 03 fevraladək, qiyabi təhsilalma forması üzrə  07 yanvardan 10 yanvaradək keçirilib. 3 ixtisas üzrə 16 fəndən 4 qrupda imtahan təşkil olunub. Ümumilikdə isə sessiya müddətində 23 ixtisas üzrə  50 qrupda   imtahan keçirilib. Mövcud əsasnaməyə uyğun olaraq bu imtahan sessiyası müddətində təkrar imtahanlar 02 və 03 fevral tarixlərində təşkil olunub.

“Azərbaycan müəllimi” qəzetində dərc olunan elana əsasən seçkilərin keçirilməsinin nəticələri haqqında”   Elmi şuranın  katibi Allahşükür Quliyev məlumat verib və gizli səsvermə yolu ilə həmin vəzifələrə seçki keçirilib.

 

Şura iclasında cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.