Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-06 09:28:00
Onların vəfatından bir il ötür

Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoymasından 1 il ötür.

 

AzEdu.az xəbər verir ki, Türkiyənin Qaziantep, Hatay, Adıyaman, Kahramanmaraş, Kilis, Malatya, Diyarbakır və Şanlıurfa, Suriyanın İdlip, Hələb, Hama və Latakia rayonlarını əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr yer üzündən silindi, Türkiyədə 50 mindən çox, Suriyada isə 9 minədək insan həyatını itirib.

 

Azərbaycandan Türkiyəyə təhsil almaq üçün gedən, Malatya İnönü Universitetində təhsil alan Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə zəlzələ zamanı həyatını itirdi. Uzunmüddətli axtarışlardan sonra onların meyitlıri dağıntılar altından fevralın 14-ü çıxarılıb, Azərbaycana gətirildi.

 

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş vilayətindəki dağıdıcı zəlzələ 7,7 və 7,6 bal gücündə olub.