Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-05 13:46:23
ADNSU bu institutlarla memorandum imzalayıb

Fevralın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu və Neft-Qaz İnstitutu arasında Elmi-tədqiqat üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

 

Bu barədə ADNSU-dan AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, imzalanma mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov tədbir iştirakçılarını salamlayaraq ali təhsildə elmi tədqiqatların mühüm əhəmiyyətindən danışıb. ADNSU ilə elmi tədqiqat institutları arasındakı mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və birgə elmi-tədqiqat işlərinin stimullaşdırma mexanizmlərinin təkmilləşdiriməsinin prioritet istiqamətlərdən olduğunu qeyd edən dosent Vazeh Əskərov bu baxımdan memorandumların uğurlu olacağına əminliyini bildirib.

 

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, Neft-Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov çıxış edərək ölkə başçısının tədqiqat universitetləri və tədqiqat potensialı yüksək olan ali təhsil müəssisələri ilə bağlı fərmanlarından irəli gələn məsələlərin həllində əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyətindən və  bu istiqamətdə potensial əməkdaşlıq imkanlarından danışıblar, bundan sonra əlaqələrin yeni müstəvidə inkişaf edəcəyinə ümidvar olduqlarını bildiriblər.  

 

Sonra tərəflər arasında Anlaşma memorandumu imzalanıb.