Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-30 09:08:26
Bakıda məktəbli döyüldü

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 75 saylı tam orta məktəbin 8-ci sinif şagirdi döyülüb.

 

AzEdu.az xəbər verir ki, məktəblinin 7 yeniyetmə tərəfindən döyüldüyü iddia olunur.

 

Hadisə ilə bağlı Sabunçu Rayon 15-ci Polis Bölməsinə məlumat daxil olub.

 

DİN-in Mətbuat xidmətindən hadisənin araşdırıldığı bildirilib.

 

Məktəbdən AzEdu.az-ın soruğusuna cavab olaraq bildirilib ki, qeyri-dərs günü məktəbdən kənar ərazidə məktəbin VIII sinif şagirdi fiziki və psixoloji təzyiqə məruz qalıb: "Məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub".