Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 12:21:10
İşə qəbul üzrə 150 nəfər sənəd verib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən işə qəbul üzrə müsabiqəyə 150 nəfər sənəd verib.

 

AzEdu.az xəbər verir ki, hazırda namizədlərin sənədlərinin emalı prosesi həyata keçirilir.  Proses başa çatdıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək şəxslərin elektron poçt ünvanlarına imtahanın keçirilmə saatı və məkanı haqqında məlumat göndəriləcək. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

 

Qeyd edək ki, müsabiqədə məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan loqoped, psixoloq və xüsusi təhsil sahəsində təcrübəsi olan müəllimlər iştirak edirlər. Müsabiqədə iştirak edən namizədlər sağlamlıq imkanları məhdud uşaqların diaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər.

 

Əlavə sualı olan şəxslər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.