Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 11:43:52
Türkiyəli beynəlxalq ekspert MDU-nun magistrantlarına ustad dərsi verib

Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə Türkiyədən gələn beynəlxalq ekspert Işıl Keskin Şahan bu ali təhsil müəssisəsinin magistrantları üçün “Dönüşüme liderlik etmek” mövzusunda ustad dərsi verib.

 


AzEdu.az xəbər verir ki, dərs zamanı ümumi problemi görə bilmək, öhdəliklər almaq, öyrənilən bilik və bacarıqları tətbiq etmək, məqsədə çatmaq üçün hədəf və planları təyin etmək, vaxt bölgüsü kimi motivasiya və liderlik mövzularına toxunulub.

 


Magistrantlar tərəfindən maraqla qarşılanan ustad dərsində onları maraqlandıran suallar cavablandırlıb, fikir mübadiləsi aparılıb.