Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 11:39:00
Vinson dağına Azərbaycan bayrağını sancan ilk insan

Tarixdə ilkə imza atanlar həmişə xatırlanır. Qlobal səviyyədə elmə, iqtisadiyyata, sənayeyə, idmana eləcə də turizmə tövhə verən şəxslərin bayrağımızı hər zaman yüksəltməsi ölkənin nüfuzunu daha da artrırır.

 

AzEdu.az Təhsil Portalı ilkə imza atan şəxslər barədə davamlı məlumat verəcək.

 

Sabiq Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar Naziri, professor Hüseynqulu Bağırov Antarktidanın ən hündür zirvəsi-Vinson dağına Azərbaycanın bayrağını sancan ilk müsəlman dövlətinin nümayəndəsi olub:

 

Professor Hüseynqulu Bağırovun başçılığı ilə 24 dekabr 2008-ci ildə ilk Azərbaycan-Antarktida Ekspedisiyası Bakıdan yola düşüb. Havanın əlverişsiz olmasına baxmayaraq ekspedisiya üzvləri 2009-cu ilin 26 yanvar tarixində Cənub qütbünə çatmağa müvəffəq olub. Ekspedisiya üzvlərinin verdiyi məlumata görə Azərbaycan bayrağını ilk dəfə Hüseynqulu Bağırov Antarktidanın ən hündür zirvəsi olan Vinson dağına sancmışdır. Yanvarın 26-da isə bayrağımız Cənub qütbünə sancılaraq, dalğalanıb.

 

Qeyd edək ki, ekspedisiyaçılar qrupu orta temperaturu təxminən - 35-40 dərəcə olan şəraitdə 500-dən artıq müşahidə-ölçmə işləri nəticəsində süxur və mineral nümunələrin rəngarəngliyi, kameral laborotoriya işləri, Cənub qitəsinin geoloji quruluşu, tektonikası və maqnitizmi barədə çox maraqlı fikirlər ortaya qoyublar.