Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 10:14:00
ADA-ya 692 balla qəbul olmuşdu - Faciəvi şəkildə öldü

ADA-nın tələbəsi dəm qazından boğulub.

 

AzEdu.az xəbər verir ki, 2020-ci ildə qəbul imtahanlarında 692.5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.

 

Bildirilib ki, Sərxan ABŞ-də təcrübə keçən tələbələrdən olub. O, xarici məhkəmələrin metodikasını öyrənirdi.

 

Hadisə ilə bağlı araşdırma aparılır.