Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-26 10:03:51
Azərbaycanla Gürcüstan arasında akademik münasibətlər  inkişaf edir

Azərbaycanla Gürcüstan arasında akademik münasibətlər yüksək səviyyədə inkişaf edir. Biz Azərbaycanın Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti kimi ali məktəbləri ilə ümumi təhsil proqramları hazırlayırıq.

 

AzEdu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstan Texniki Universitetinin rektoru David Qurgenidze bildirib.

 

ADA Universitetinə səfəri zamanı bu ali məktəbin rektoru Hafiz Paşayevlə görüşdüyünü deyən D.Qurgenidze qeyd edib: “Görüş əsnasında müştərək təhsil proqramlarının yaradılması ilə bağlı razılığa gəldik".

 

O, həmçinin iki ölkənin ali məktəbləri arasında doktorluq dissertasiyalarının müdafiəsi üzrə birgə proqramların həyata keçirildiyini diqqətə çatdırıb.