Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-25 13:24:00
Durmadan artan xəstəliklər – Məktəblərdə dezinfeksiya işləri aparılır? - RƏSMİ  

Son günlər qızılca, sarılıq və göyöskürək kimi xəstəliklər məktəblilər arasında yayılmağa davam edir. Bu hal əsaslı olaraq cəmiyyətdə müəyyən mənada narahatlığa səbəb olub.

 

Maraqlıdır, bununla bağlı təhsil müəssisələrində dezinfeksiya işləri üçün tədbirlər görülürmü?

 

AzEdu.az təhsil portalı olaraq məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirilib ki, təhsil müəssisələrində illik plan əsasında aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.