Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-25 12:02:00
Sertifikasiyadan keçmiş 150 müəllim imtahan rəhbəri seçilib

"Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə 2018-ci ildən zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi həyata keçirilir".

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə çıxışı zamanı deyib.

 

MəleykəAbbaszadə qeyd edib ki, bu layihəyə maraq yüksəkdir və bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 3200-ə yaxın namizəd müraciət edib.

 

Bildirib ki, bu il sertifikasiyadan keçmiş müəllimlərdən 150 nəfəri imtahan rəhbəri seçilib.