Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-22 13:29:19
AzMİU-nun nəzdində liseyə qəbul qaydaları yenilənib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində Fizika-riyaziyyat təmayüllü liseyə qəbul qaydaları yenilənərək təkmilləşdirilib. 

 

AzEdu.az xəbər verir ki, yeni qaydalara əsasən, 2023-2024-cü tədris ili üçün hazırda ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda təhsil alan 6,7,8,9-cu sinif şagirdləri iştirak edə bilərlər.

 

Qəbul imtahanı 7 və 8-ci siniflər üçün tədris dili və riyaziyyat fənnləri üzrə, 9 və 10-cu siniflər üçün isə  tədris dili, riyaziyyat və fizika fənlərindən keçirilir.


Liseyə qəbul imtahanı  aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

 

1) 7-ci sinfə qəbul:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 20 sual; 
- Riyaziyyat – 30 sual.

2) 8-ci sinfə qəbul:
 - Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;
 - Riyaziyyat – 35 sual.

3) 9-cu sinfə qəbul:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 20 sual;
- Riyaziyyat– 20 sual;
- Fizika – 20 sual.

4) 10-cu sinfə qəbul:
 - Tədris dili (Azərbaycan dili və ya rus dili) – 20 sual;
 - Riyaziyyat – 20 sual;
 - Fizika – 20 sual. 

Qeyd edək ki, sənəd qəbulu mayın 15-dən iyunun 10-a kimi aparılacaq. Liseydə təhsil ödənişlidir və illik təhsil haqqı 1500 manat təşkil edir. 

 

İmtanada iştirak edəcək şagirdlər buraxılış vərəqi üçün iyun ayının 3-dən 7-ə kimi liseyə yaxınlaşmalıdırlar.

 

Lazım olan sənədlər: 
- 2 ədəd 3x4 şəkil;
- şəxsiyyət vəsiqəsinin surəti. 

 

Qəbul imtahanının keçiriləcəyi yer haqqında əvvəlcədən məlumat veriləcək.

 

Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrilə əlaqə saxlaya bilərsiniz. 

 

Tel:  (012) 539 54 48
       (055) 551 51 63

E-Mail: [email protected]