Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-12 16:08:52
Mərakeş Krallığı vətəndaşının fəlsəfə doktoru imtahanları keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Mərakeş Krallığının vətəndaşı olan doktorantın fəlsəfə doktoru imtahanları təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, universitetin Fizika kafedrasının doktorantı (əyani) Rania Rouggani Merzoukinin “Bərk cisimlər fizikası” və “Nəzəri fizika” ixtisasları üzrə doktorluq imtahanları 07.01.2024-cü il və 12.01.2024-cü il tarixlərində baş tutub.

 

Əvvəlcə imtahan komissiyasının sədri, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun icraçı direktoru, professor Hüseyn İbrahimov,  BMU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, professor Mahir Bəşirov çıxış edərək imtahan qaydaları barədə məlumat veriblər.

 

Sonra doktorantın imtahan suallarını cavablandırması prosesi başlayıb.

 

Verilmiş müddətdə sualları uğurla cavablandıran R.R.Merzouki imtahanlarda müvəffəqiyyət qazanıb.