Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-12 13:06:00
Hər il imtahanların tarixi niyə irəli çəkilir? – DİM-dən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hər il ali təhsi müəssisələrinə qəbul, eləcə də buraxılış imtahanları keçirilir. Müşahidələrə əsasən görürük ki, imtahanların tarixi ildən-ilə qabağa çəkilir.

 

Bəs, görəsən imtahan tarixlərinin irəli çəkilməsinin səbəbləri nədir?

 

AzEdu.az Təhsil Portalı olaraq məsələnin aydınlaşdırılması üçün DİM-ə sorğu ünvanladıq.

 

DİM-dən verilən məlumatda bildirilib ki, imtahanlar əsasən həftə sonu keçirilir: “İmtahan qrafiki müəyyən olunarkən hər il bayram və istirahət günləri, istehsalat təqvimi, eləcə də dövlət əhəmiyyətli digər kütləvi tədbirlər nəzərə alınır. Eyni zamanda hər hansı bir gün üçün imtahan iştirakçılarının sayı, həmin gün keçirilən müxtəlif təyinatlı digər imtahanlar, texniki şərtlər və s. məsələlərə diqqət yetirilir”.

 

Qeyd olunub ki, ötən il DİM tərəfindən 40 növ imtahan keçirilib və bu imtahanlarda 600 mindən artıq iştirakçı sayı qeydə alınıb.