Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 09:14:00
Qəbul imtahanlarında 4 səhv 1 düz cavabı niyə aparır? - DİM sədri İZAH ETDİ

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanında abituriyentlər test tapşırıqlarını həll edərkən onların 4 səhv cavabı 1 düz cavabı sıradan çıxarır.

 

Abituriyentlərin bir çoxu bundan şikayətlənir və səhvlərin düzü aparması qaydasının ləğv olunmasını istəyirlər.

 

Bəs bu qayda necə müəyyənləşdirilib, niyə qəbul imtahanlarında 4 səhv 1 düzü aparır?

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sözügedən mövzunu belə izah edib:

 

 

“Məlumdur ki, səhvlərin düzü aparması yalnız qapalı suallara aiddir. Hər bir sualda bildiyiniz kimi, A, B, C, D, E cavab variantları mövcuddur. Bəzən imtahana heç hazırlaşmayan abituriyentlər var ki, sualların variant olmasından istifadə edib hamısına eyni variantı yazır. Belə olduğu halda həmin imtahan verən şəxsin təsadüfən 5-6 cavabı düz çıxacaq. Biz də bu təsadüfləri aradan qaldırmaq üçün 4 səhvin 1 düzü aparması qaydasını tətbiq edirik”.