Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-10 14:12:00
Bu il buraxılış və qəbul imtahanlarında maksimum nəticələr OLACAQ

Məlum olduğu kimi, ötən günlərdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu il keçiriləcək buraxılış imtahanın vaxtı açıqlanıb. Hər il olduğu kimi, ictimaiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də bu il qəbul imtahanlarında maksimum nəticənin olub-olmaması ilə bağlıdır.

 

Maraqlıdır, builki buraxılış və qəbul imtahanlarında abituriyentlər maksimum nəticə göstərə biləcəkmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, Pandemiya dövrü ilə əlaqədar abituriyentlərin nəticələri bir o qədər yüksək deyildi:

 

“Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq olaraq buraxılış imtahan tarixləri elan olundu. Həmçinin, aprelin 14-də əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi hesab olunan buraxılış imtahanı olacaq. Hesab edirəm ki, bu il buraxılış imtahanında ən azı bir və ya iki nəfər abituriyent maksimum nəticə əldə edə bilər. Bunun əsas səbəbi ondan ibarətdir ki, hazırkı abituriyentlər əvvəlki illərə nəzərən kifayət qədər müəllim yanına gedib, hazırlıq keçiblər. Pandemiya və Vətən müharibəsi dövründə imtahan verən abituriyentlərin nəticələri bir o qədər yüksək deyildi”.

 

Ekspert qeyd edib ki, maksimum nəticənin olması təhsilin keyfiyyətinin yaxşı və ya pis olmasından xəbər vermir:

 

“Son iki ildə keçirilmiş imtahanlarla müqayisədə bu il keçiriləcək buraxılış və qəbul imtahanlarında şagirdlərin yüksək nəticə qazanacağını düşünürəm. Çünki bu il imtahan verənlər artıq 2022-ci ildən demək olar ki, normal qaydada hazırlaşa biliblər. O nöqteyi-nəzərdən də abituriyentlərin əvvəlki illərə nisbətən daha yüksək nəticə göstərəcəyinə şübhə yoxdur. Ümumilikdə bu il 700 bal toplayan namizədin olacağını düşünürəm”, -deyə fikrini yekunlaşdırıb.