Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-08 15:40:00
"Firudin bəy Köçərli” mükafatının qalibləri bu tarixdə AÇIQLANACAQ

AzEdu.az Təhsil Portalı və Təhsil Jurnalistləri Birliyi 2020-ci ildə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə "Firudin bəy Köçərli” mükafatını təsis edib.

 

Bu il yenilik olaraq mükfatlandırılma Firudin bəy Köçərlinin ad gününə təsadüf edəcək.

 

AzEdu.az Təhsil Portalı və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi mükafatın əsas məqsədi təhsilin inkişafında  xidmətləri olan şəxsləri  diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdır.

 

“Firudin bəy Köçərli” mükafatına layiq görülən 11 namizəd AzEdu.az ekspert qrupunun müzakirələri nəticəsində müəyyən olunub.

 

Qeyd olunan 11 namizədin siyahısı 26 yanvar tarixində açıqlanacaq.