Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-07 15:41:00
Psixoloqdan abituriyentlərə MƏSLƏHƏT: “İmtahanlar savaş deyil”

Bir çox tələbələr dərslərdən dolayı psixoloji problemlərlə üz-üzə qalır. Belə ki, bir tərəfdən dərslərin çoxluğu, digər tərəfdən də çətinliyi tələbələrdə özünəqapanma və ya daha aqressiv davranışlar sərgiləməsinə gətirib çıxarır.

 

Bu kimi hallar qarşısını almaq üçün  hansı tədbirlər görülməlidir?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının rəhbəri Səbinə Cəbrayılova  (APAK) bildirib ki,  17-25 yaş aralığında olan şəxsləri nəzərə alsaq bu yaş dövrü çox həssas, insan həyatında ən böyük dəyişiklik olduğu dövrdür:

 

“Belə ki, bu yaşda olan şəxs gələcək həyatı üçün çox vacib qərarlar qəbul etməklə peşəsini və karyera yolunu seçib, bu yolda addımlayır.  Ona görə də qərar vermə baxımından çox emosional həssas dövr olduğunu nəzərə almalıyıq. Yeni müstəqil həyata başlayan tələbələrin çətinlikləri də təbii ki, fərqlidir. Məsuliyyət artır və bu məsuliyyətin gətirdiyi öhdəliklər də çoxalır. Yetkinlik həyatına gedən yolda dərslərlə yüklənmə tələbələrin sosial həyatına çox təsir göstərir. Həmçinin dostlarla zaman keçirmək, sosial qruplarda ünsiyyət qurma kimi vərdişləri formalaşdırmağa zaman qalmır. Bununla hadisələri təhlil etmə və kənardan izləmə eyni zamanda dəyərləndirməyə də vaxtları da olmur”.

 

Həmsöhbətimiz qeyd edib ki, tələbələrin bir qismi dərslərdən dolayı psixoloji problemlərlə üz-üzə qalır:

 

“Bir tərəfdən dərslərin çoxluğu, digər tərəfdən də çətinliyi tələbələrin özünəqapanma və ya daha aqressiv davranışlar sərgiləməsinə gətirib çıxarır. İmtahanların verdiyi həyəcan, gərginlik, valideynlərin yüklədiyi öhdəlik və məsuliyyət gənclərin daha da aqressivləşməsinə və ya özünəqapanmasına səbəb olur ki, bu kimi hallar nəticə etibarilə tələbələrdə aşağı özgüvən, dəyərsizlik hissi, depressiyanın formalaşmasına səbəb olur. Həmçinin, son dövrlərdə tələbələrdə nevrozlar da çox müşahidə olunur ki, bu özünü daha çox panik atak və OKB formasında biruzə verir. Unutmayaq ki, dərs, imtahan bir savaş deyil. Bu tələbə vəzifəsinin gətirdiyi bir məsuliyyət və öhdəlikdir. Vacib olan psixi sağlamlığı qorumaq və həyəcan, təşviş kimi halları özünüzdə müşahidə edildiyi zaman bu vəziyyətin daha ağır formaya keçmədən, zamanında doğru mütəxəssislərə müraciət etmək lazımdır”, - deyə fikrini yekunlaşdırıb.