Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-04 14:32:00
Qəbul imtahanlarının tarixi nə zaman açıqlanacaq? - CAVAB

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM)  tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb.

 

Belə ki, 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanları martın 3-dən başlayıb, 10-na kimi davam edəcək.

 

Abituriyentlər tərəfindən ən çox ünvanlanan suallardan biri də qəbul imtahanlarının tarixləri barəsindədir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul üzrə keçiriləcək blok imtahanlarının tarixləri yanvar ayı ərzində paylaşılacaq.