Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-03 09:18:46
Plan yerləri artacaq, keçid balları enəcək... – Növbəti ilin imtahan PROQNOZU

Məlum olduğu kimi,hər il keçid ballarında azalma və ya artma müşahidə edilir.

 

Belə ki, abituriyentləri düşündürən əsas məsələlərdən biri də bu il ixtisalar üzrə keçid ballarının enmə və artması hallarının olub-olmaması ilə bağlıdır.

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, 2024 - cü ildə keçiriləcək imtahanlarda nəticələrin yaxşılaşması keçid ballarına təsir edəcək:

Ədəbiyyat

“Pandemiya və müharibə dövrü ötən illərdə abituriyentlərin nəticəsinə müəyyən qədər təsir etmişdi. Lakin 2024-cü ildə imtahan verən abituriyentlər 2021, 2022 və 2023 - cü ildə normal qaydada hazırlıq keçdikləri üçün onların nəticələrində artım gözlənilir. Bu hal isə keçid ballarına az da olsa təsir edə bilər. Əsasən yüksək ballı ixtisaslarda, yaxud daha çox əmək bazarında tələb olunan prestijli ixtisaslarda keçid ballarının artması müşahidə oluna bilər”.

 

Ekspert qeyd edib ki, bu il ixtisaslar üzrə keçid ballarında enmələr olacaq:

 

“Bunun isə səbəbi abituriyentlərin nəticələrinə görə deyil, məhz plan yerlərinin artımı ilə əlaqədardır. Növbəti tədris ilində aparılacaq qəbul imtahanlarının keçid ballarında müəyyən qədər enmələrin müşahidə olunması artırılacaq plan yerlərinə uyğun olacaq. Hesab edirəm ki, 2024-cü ildə  maksimum bal toplayan 1 və 2 nəfər ola bilər. Təbii ki, buna tam əmin ola bilmərik. Amma düşüncələrimiz bu yöndədir”.