Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-26 11:09:00
Abituriyentlər dərs oxmur! -  “Keçid ballarının aşağı düşməsi...”

“Keçid ballarının aşağı düşməsi abituriyentlərdə rahatlıq hissi yaradıb”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil və qəbul məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib.

 

 Açıklama yok.

Ekspert bildirib ki, bəzi valideynlərin övladlarının dərs oxumaması ilə bağlı narahatlıqları var:

 

“Belə ki, valideynlər qeyd edirlər ki, övladları dərs oxumağa ötəri yanaşır, ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarına ciddi hazırlaşmırlar. Bu isə keçid ballarının aşağı düşməsindən qaynaqlanır. Onlarda universitetə qəbul olacaqları barədə əminlik yaranıb. Abituriyentlərin bu rahatlığı onları çalışıb daha çox bal yığmalarından məhrum edir. Düzdür, bu nüansı hər kəsə şamil etmək olmaz. Amma müşahidələr onu göstərir ki, ali məktəbə hazırlaşan namizədlərdə bu rahatlıq olduqca hiss olunur.

 

Məsələn, bir abituriyent düşünür ki, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft-qaz mühəndisliyinə qəbul olmağı planlaşdırıramsa və keçid balı 400-dürsə, 500 bal toplamağımın nə mənası var?”. Çox təəssüf ki, bu şəkildə fikirləşən abituriyentlər var”.

 

Həmsöhbətimiz vurğulayıb ki, abituriyentlər keçid ballarına qətiyyən baxmamalı və hədəflərini daima yüksək tutmalıdır:

 

“Hər bir abituriyentin yüksək bal toplamaq hədəfi olmalıdır. Həm daha yüksək bal toplayıb valideynlərinin başını uca etməli, həm də öz adını yüksəltməlidir. Bu prosesdə hər şey bilavasitə abituriyentin özündən asılıdır. Ona görə də onlara tövsiyəm budur ki, xülyalara qapılıb “aşağı balla ali məktəbə qəbul olaram” kimi düşünməsinlər. Bu tamamilə yanlışdır”, -deyə qeyd edib.