Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-19 14:14:16
BŞTİ: 700-ə yaxın uşaq icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 16 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki 34 icma əsaslı məktəbəqədər təhsil qrupuna 2023-cü ildə 696 uşaq cəlb olunub.