Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-16 11:05:00
STEAM  layihəsinin əhatə etdiyi məktəblərin sayı AÇIQLANIB

2023-2024 cü tədris ili üzrə STEAM Azərbaycan layihəsinin əhatə etdiyi məktəblərin sayı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayının İnnovativ layihələr: STEAM Rəqsəmsal bacarıqlar panelində çıxışı zamanı məlumat verib.

 

O bildirib ki, layihənin əhatə etdiyi  ümümi məktəb sayı 396-dır.

"Onlardan 175 məktəb region məktəblərin payına, 221 məktəb isə Bakı məktəblərinin payına düşür. Ümumi 148359 şagirdlərdən 44724 şagird region, 103635 şagird isə Bakıda təhsil alan şagirdlərin payına düşür. Qeyd edək ki, STEAM Mərkəzlərinə cəlb olunan şagirdlərin sayı 180000 nəfər təşkil edir".