Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 17:18:48
Tələbələr üçün koreyalı professorlar tərəfindən imtahan keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının (Cənubi) İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə birgə gerçəkləşdirilən ikili diplom proqramının (İDP) icra vəziyyəti ilə bağlı monitorinqlər (4-6 dekabr) keçirilir.

 

AzEdu.az xəbər verir ki, monitorinqin ilk günündə 2022/2023-cü tədris ilində proqrama qəbul olunmuş tələbələrin biliyinin ekvivalentlik qiymətləndirilməsi məqsədilə iki istiqamət - fizika və  riyaziyyat fənləri üzrə imtahan təşkil olunub.

 

Qeyd edək ki, İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupu İDP-nin icra vəziyyəti ilə bağlı monitorinqlərin aparılması məqsədilə ölkəmizdə səfərdədir.

 

Nümayəndə heyətinin tərkibində Layihə Qrupunun dekanı Min Kyung Jin, dekan müavini Shim Sang Eun, həmçinin İNHA Universitetinin digər professorları-Shin Paik Kyun, Yoon Kvang Sub, Oh Beom-Hoan, Shin Do Hyoung, universitetin əməkdaşları Mun Soo Hvan, Kim Yong Min yer alır.

 

Hazırda BMU-İNHA İDP çərçivəsində informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi və inşaat mühəndisliyi ixtisasları üzrə ümumilikdə 386 tələbə təhsil alır. Onlardan 61 tələbə İNHA Universitetində 4-cu kursda təhsillərini davam etdirir.