Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-26 20:54:00
Şagirdlər toqquşub - Məktəbli qız xəsarət aldı

Sosial şəbəkələrdə Bakı şəhəri Ramanı qəsəbəsi 90 nömrəli tam orta məktəbdə şagirdin yaralanması ilə bağlı fotolar yayılmağa başlayıb. 

 

Məktəbdən AzEdu.az-a bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.

 

Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.

 

Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.

 

Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.