Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-24 16:55:00
Tələbə şahmatçı dünya çempionu oldu

Azərbaycan idmançısı Ayan Allahverdiyeva İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.

 

AzEdu.az xəbər verir ki, o, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

 

Qeyd edək ki, yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı iştirak edir.

 

Xatırladaq ki, Ayan Allahverdiyeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.