Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-23 15:40:00
Tələbələrin qızılcaya yoluxmasıyla bağlı universitetdən RƏSMİ AÇIQLAMA

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının 10 tələbəsinin qızılcaya yoluxması ilə bağlı xəbərlər yayılmağa başlayıb. 

 

ADPU Cəlilabad filialının Pedaqoji fakültə dekanı Mənzilə Rəhimova AzEdu.az-a açıqlamasında bildirib ki, xəbər saytlarında müəssisəmiz haqqında verilmiş məlumatda göstərilən 10 (on) nəfərin yoluxması həqiqəti əks etdirmir: 

 

"ADPU Cəlilabad filialında 2023/2024-cü tədris ilinin I yarısında bütün ixtisas və kurslar üzrə təhsil alan 582 nəfər tələbədən 3 nəfəri qızılca xəstəliyinə yoluxmuşdur. Onlardan 2 (iki) nəfər 3 (üç) həftəlik karantin müddətin başa vurub, tam sağalaraq  dərslərinə davam edirlər. Bir nəfərin isə hazırda müalicəsi davam edir. Payız mövsümündə respirator xəstəliklərin çoxalmasını nəzərə alaraq Filialın tibb xidmət işçisi müntəzəm olaraq tələbələrin sağlamlıq vəziyyəti ilə yaxından maraqlanır və zəruri tədbirlər görülür.

 

Filialın Cəlilabad rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə dezinfeksiya müqaviləsi mövcuddur. Müqavilə əsasında Filialda mütəmadi dezinfeksiya işi aparılır ki, bu da tələbə və əməkdaşların sağlamlığının qorunması üçün zəruri proses hesab edilir. Pedaqoji fakültə dekanı olaraq bu barədə AzərTac və Xəzər TV-nin götürdüyü videomüsahibədə də ətraflı məlumat vermişəm" - Universitetdən verilən məlumatda bildirilir.