Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 17:44:20
Elm və təhsil naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvan şəhərində vətəndaşlarla görüşəcək.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər.

 

Adları qeyd olunan şəhər və rayonların sakinləri noyabrın 16-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

 

Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.