Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 09:11:00
Şərqi Zəngəzurun “Örnək müəllimlər”i  

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Şərqi Zəngəzur regionlarını əhatə edən həmin 10 müəllimin siyahısı ilə buradan tanış ola bilərsiniz:

 

1. Sənəm Həsənova - Qubadlı rayon H. Quliyev adına Çaytumas məktəb-liseyinin İbtidai sinif müəllimi;

2. Nərgiz Xəlilli - Qubadlı rayon S. Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi;

3. Camal Kərimov - Zəngilan rayon 14 nömrəli tam orta məktəbin Biologiya müəllimi;

4. Arzu Rəhimli - Zəngilan rayon 26 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

5. Sona İlyasova - Laçın rayon 6 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

6. Arzu İbadova - Çıraqlı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

7. Vüsal Ramizov - Cəbrayıl rayon Tatar kənd tam orta məktəbinin Tarix müəllimi;

8. Kəmalə Sadıqova - Cəbrayıl rayon 6 nömrəli tam orta məktəbin İngilis dili müəllimi;

9. Rəşad Hümbətov -Kəlbəcər rayon 28 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

10. Əntiqə Hüseynova - Kəlbəcər rayon 126 nömrəli tam orta məktəbin İngilis dili müəllimi.