Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 10:09:00
Lənkəran-Astaranın “Örnək müəllimlər”i

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Lənkəran-Astara regionlarını əhatə edən həmin 10 müəllimin siyahısı ilə buradan tanış ola bilərsiniz: 

 

1. Fərəc Cəfərov – Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbin Coğrafiya müəllimi;

2. Əlizamin Məmmədov – Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbin Coğrafiya müəllimi;

3. Azər Kişiyev - Lənkəran -Kijəbə qəsəbə tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi ;

4. Ləyaqət Heydərova – Şəhər 2 saylı tam orta məktəbin İbtidai sinif müəllimii;

5. Fidan Həbibova - Liman şəhər İ.İ.Mahmudov adına 1 saylı tam orta məktəb ;

6. Dünya Veysəlova - Gərmətük qəsəbə tam orta məktəb ;

7. Gülnarə Məmmədova - Cəlilabad şəhər 8 nömrəli  Texniki və humanitar fənlər təmayüllü məktəb - liseyin İbtidai sinif müəllimi ;

8. Feyruz Kərimov - Lənkəran - Şəhər 3 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ;

9. Türkel Tağızadə - Lənkəran - Vərgədüz kənd A.Ç.Bağırov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi ;

10. İlham Cavadov - Lənkəran - Köryədi kəndi.N.Sadıqov adına ümumi orta məktəbin Biologiya müəllimi.