Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-13 13:37:25
MDU-da taksi sürücüləri üçün təlimlər keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) taksi minik avtomobillərinin sürücüləri
üçün təlimlər keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, taksi fəaliyyətinin tənzimlənməsinə dair 2023-cü il oktyabrın 1-də qüvvəyə minən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

 


12 taksi minik avtomobili sürücüsünün iştirakı ilə dörd gün davam edən təlimlərə
MDU-nun müvafiq sahə üzrə yüksək ixtisaslı və təcrübəli müəllimləri təlimçi qismində
cəlb olunublar.


Təlim proqramı çərçivəsində iştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları barədə məlumat verilib. 

 

Proqramın yekununda AYNA tərəfindən təşkil edilmiş imtahanlardan müvəffəqiyyətlə keçən sürücülərə müvafiq şəhadətnamələr təqdim olunub.


Qeyd edək ki, təlimlər “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış
və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara
dair xüsusi hazırlıq keçmələri üzrə Proqram”a uyğun olaraq həyata keçirilib.