Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 12:08:00
Rəqəmsallaşma sahəsi ilə maraqlanan tələbələr üçün təqaüdlər ayrılır - Nazir müavini

"Nazirlik olaraq rəqəmsallaşma sahəsi ilə maraqlanan 4 mindən çox gənc və tələbələr üçün təqaüdlər ayırdıq"

 

AzEdu.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.


"Rəqəmsallaşma sürətdir, optimallaşmadır, effektivdir, şəffaflıqdır. Bunun həyata keçirilməsində vacib komponentlərdən biri infrastrukturun mövcudluğudur. Əsas məsələlərdən biri də müvafiq servislərin yaradılmasıdır.

 

Nazirlik olaraq 4 mindən çox bu sahə ilə maraqlanan gənclər, tələbələr üçün təqaüdlər ayırdıq. Əsasən proqramlaşdırma, kodlaşdırma və kibertəhlükəsizlik üzrə proqramlar hazırlandı. Proqramın həyata keçirilməsindən təxminən 6 ay sonra həmin tələbələr işlə təmin olundu. Onlar orta hesabla 1300 manat maaşla çalışırlar.Tələbələrdən bir nəfərin təhsilinə 3500 manat civarında vəsait xərclənir".