Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-21 12:11:00
İki şagirdi avtomobil vurdu  

Sabirabadda 10 və 11 yaşlı yeniyetmələri avtomobil vurub.

 

AzEdu.az-ın məlumatına görə, hadisə rayonun Qəzli kəndində baş verib.

 

VAZ-2106 markalı avtomobil yolu keçən Qəzli kənd sakinləri, 2012-ci il təvəllüdlü Xəlilov Özal Hafiz oğlu və 2013-cü il təvəllüdlü Muradov İmran Kamil oğlunu vurub.

 

Yaralılar Sabirabad xəstəxanasına aparıldıqdan sonra Bakıya göndəriliblər.

 

Faktla bağlı araşdırma aparılır.